İranın 9 əyalətində sel və daşqınlar baş verib

İranın 9 əyalətində sel və daşqınlar baş verib
# 14 aprel 2016 12:38 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. Həftənin ilk günündən başlayan davamlı yağışlar nəticəsində İranın 9 əyalətində sel və daşqınlar baş verib.

APA-nın İran bürosunun məlumatına görə, Lorestan, İlam, Kirmanşah, Fars, Xuzestan, Çaharmahal və Bəxtiyari, Həmədan, Kürdüstan və Şərqi Azərbaycan əyalətlərində sel və daşqınlar sakinlərə problemlər yaradıb, küçə və xiyabanları su basıb. Hakimiyyət orqanları 540 nəfərə yardım göstərib.

İlam əyalətində, Mehran sərhəd bölgəsində bir qadını sel aparıb. Hazırda onun tapılması istiqamətində işlər gedir.

Daşqınlar və uçqun nəticəsində cənub bölgəsi istiqamətində hərəkət edən bütün qatarların hərəkəti dayandırılıb. Buna səbəb həmin istiqamətdə dəmir yolu xətlərinin sıradan çıxmasıdır. Hazırda yolların təmizlənməsi istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR