Prokuror dələduzluqda təqsirləndirilən SOCAR əməkdaşına cəza istəyib

Prokuror dələduzluqda təqsirləndirilən SOCAR əməkdaşına cəza istəyib
# 06 sentyabr 2017 09:41 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bənövşə Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Sonra dövlət ittihamçısı Fəhmin Hümbətov çıxış edərək, B. Süleymanovanın cinayətinin məhkəmə istintaqı zamanı da tam sübuta yetirildiyini deyib.

O, B. Süleymanovanın 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses sentyabrın 13-də davam etdiriləcək.

Qeyd edək ki, Bənövşə Süleymanova Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı olub. O, vəzifə səlahiyyətlərindən istifadə edərək zərərçəkmiş Famil Şükürov, İlham Paşayev və digərlərinin etibarından sui-istifadə edib, onları SOCAR-ın müxtəlif idarələrində işə düzəldəcəyini deyib və ümumilikdə 100 min manata yaxın pullarını dələduzluq yolu ilə ələ keçirib.

Bənövşə Süleymanova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR