AAYDA avtomobil tunellərində və yeraltı piyada keçidlərində təmizlik işləri aparıb - FOTO

AAYDA avtomobil tunellərində və yeraltı piyada keçidlərində təmizlik işləri aparıb - FOTO
# 13 yanvar 2020 09:28 (UTC +04:00)

Yağıntılı havalarda avtomobil tunellərində və yeraltı piyada keçidlərində yağış sularının yığılmasının qarşısını almaq məqsədi ilə təmizlik işləri aparılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AYDA) APA-ya verilən məlumata görə, Bakı şəhərində mövcud olan bütün avtomobil tunellərinin yanaşma yollarında və içərisində, həmçinin yeraltı piyada keçidlərində olan yağış-kanalizasiya sistemi təmizlənərək ötürücülüyü bərpa olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtomobil tunellərindən və piyada keçidlərindən istifadə edən vətəndaşlardan yağış-kanalizasiya sistemlərinin ötürücülüyündə problemlərin yaşanmaması üçün təmizliyə riayət etmələrini xahiş edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR