Meksikada fişəng bazarında partlayış nəticəsində ölənlərin sayı 42-yə çatıb

Meksikada fişəng bazarında partlayış nəticəsində ölənlərin sayı 42-yə çatıb
# 26 yanvar 2017 01:58 (UTC +04:00)

Meksikanın Tultepek şəhərində fişəng bazarında baş verən partlayış nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, ötən gün Mexiko xəstəxanasında partlayış zamanı ağır yanıq xəsarətləri alan 70 yaşlı qadın dünyasını dəyişib.

Tultepek şəhəri pirotexnika istehsalı üzrə Meksikanın ən iri mərkəzlərindən biridir. Dekabrın 21-də “San-Pablito” fişəng bazarında baş verən yanğın 290 mağazanı külə döndərib. Hadisə zamanı bazarda təqribən 2 min nəfər olub. 20 nəfər hadisə yerində, daha 22 nəfər isə xəstəxanada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR