Ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsində səviyyə deskriptorları açıqlanıb

Ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsində səviyyə deskriptorları açıqlanıb
# 24 iyul 2018 09:59 (UTC +04:00)

Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsində səviyyə deskriptorları açıqlanıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ndə əksini tapıb.

Deskriptor təlim (öyrənmə) nəticələrinin xarakterik xüsusiyyətlərini, bilik və bacarıqları təsvir edir:

AzMKÇ üzrə səviyyə

Bilik və anlama

Bacarıqlar

Müstəqillik və məsuliyyət

1

2

3

4

1-ci səviyyə

Azərbaycan Respublikasının dövlət dili, xalqımızın milli, mənəvi və dini dəyərləri, adət və ənənələri, tarixi, mədəniyyəti və incəsənəti barədə ilkin biliklərə malikdir;

ünsiyyət yaratmaq üsulları, özünüifadə formaları və qrup daxili əlaqələr haqqında ümumi təsəvvürə malikdir

bir xarici dildə sadə ünsiyyət bacarıqlarını nümayiş etdirir;

təcrübədə elementar riyazi biliklərdən istifadə edir, sadə hesablamalar aparır və kompüterdən istifadə edir;

müəyyən edilmiş metod və təlimatlara riayət etməklə sadə standart tapşırıqları yerinə yetirir;

sadə əmək bacarıqlarını nümayiş etdirir

sadə praktiki bacarıqlardan istifadə edərək, nəzarət altında və məhdud şəraitdə fəaliyyət göstərir və təhsil alır;

verilmiş elementar tapşırıqların icra edilməsində məsuliyyətlə yanaşır;

insanlara, təbiətə və əməyə, həmçinin şəxsi və ictimai mülkiyyətə ədalətlə, diqqətlə və tolerant şəkildə yanaşır, reallığı olduğu kimi qavramağı öyrənir;

özünün və digər insanların hüquqlarına hörmət edir;

öz sağlamlığının qorunması və möhkəmləndirilməsi məsuliyyətini dərk edir, bu istiqamətdə fəaliyyət göstərir

2-ci səviyyə

Cəmiyyət və ətraf mühit ilə bağlı sadə biliklərə malikdir;

əmək bazarı ilə bağlı əsas anlayış və prinsipləri başa düşür;

müvafiq şərait və şəxsləri nəzərə alaraq, şifahi və yazılı ünsiyyət yaratmaq üsullarını bilir

müəyyən edilmiş metod və təlimatla-ra riayət etməklə, tapşırıqları yerinə yetirir, müvafiq üsul və metodları seçir və onlardan istifadə edir;

fəaliyyəti və ya təhsil prosesi çərçi-vəsində cari prob-lemləri həll etmək məqsədi ilə verilmiş informativ materiallardan istifadə edə bilir;

təhsilini davam etdirməyin mümkün yollarını öyrənib tapa bilir, bunun üçün lazım gəldiyi təqdirdə tövsiyələrdən istifadə edir;

ən azı bir xarici dildə yazılı və şifahi ünsiyyət yaratmağı bacarır, xarici dildə yazılan və bacarıq səviyyəsinə uyğun olan mətnləri oxuyub anlayır;

gündəlik həyatda və ya gündəlik fəaliyyəti zamanı müxtəlif sahələrdə yaranan problemləri riyazi metodlardan (tənliklər, modellər, sxemlər, diaqramlar) istifadə etməklə həll edə bilir

öyrənmə prosesində müəllim nəzarəti ilə müəyyən olunmuş tövsiyələrdən istifadə edir;

ona verilmiş vəzifələrin icrasına məsuliyyətlə yanaşır;

müxtəlif sosial şəraitlərə uyğunlaşa və bu şəraitlərdə fəaliyyət göstərə bilir;

işinin nəticələrini qiymətləndirə bilir;

müasir texnologiyalardan istifadə olunan şəraitdə fəaliyyət göstərə bilir, onlardan məqsədyönlü və mümkün qədər minimal risklə istifadə edə bilir

3-cüsəviyyə

Sahəsi və peşəsi ilə bağlı qaydalarla, texnologiyalarla, proseslərlə, üsullarla, materiallarla, metod və metodikalarla, həmçinin onlardan istifadə üsulları ilə tanışdır;

iş şəraiti ilə bağlı sadə fakt və qaydaları başa düşür;

əsas fəaliyyət metodlarından xəbərdardır

sadə praktiki tapşırıqları yerinə yetirir;

ümumi informasiya mənbələ­rin­dən istifadə edərək, sahəsi ilə bağlı problemləri həll edə bilir;

müvafiq üsul və praktiki metodları, texnoloji prosesləri seçir və onlardan istifadə edir;

müvafiq plana uyğun olaraq, işi səmərəli şəkildə icra edir;

müxtəlif şəraitlərdə həm şifahi, həm də yazılı formada özünü ifadə edə və fikirlərini əsaslandıra bilir;

qrup işində səmərəli şəkildə iştirak edir

konkret şəraitdə müstəqil şəkildə fəaliyyət göstərir və təhsil alır;

müxtəlif xidməti tapşırıqları müstəqil şəkildə icra edə bilir və fəaliyyəti ilə bağlı məsuliyyəti öz üzərinə götürür;

öz fəaliyyətini təşkil edir və müvafiq şəraitə uyğunlaşdırır;

müstəqil şəkildə öyrənir və biliklərini zənginləşdirir

4-cü səviyyə

Peşəsi ilə bağlı nəzəri bilik və məlumata malikdir; mənimsənilmiş biliklərin yeni şəraitdə necə istifadə ediləcəyini dərk edir

biliyin səviyyəsini təhlil etmək və qiymətləndirmək iqtidarındadır və yeni şəraitdə ondan

istifadə edə bilir;

istifadə olunan informasiyanın etibarlılığını və doğruluğunu qiymətləndirmək qabiliyyətinə malikdir;

gözlənilən, lakin müəyyən yeni vəziyyətlərin də ortaya çıxa biləcəyini istisna etməyən mürəkkəb və müxtəlif praktiki tapşırıqları müstəqil şəkildə yerinə yetirə bilir;

şəxsi seçimləri və üzərinə götürdüyü öhdəlikləri ilə bağlı məsuliyyət daşıyır,

müəyyən olunmuş vaxt çərçivəsində əsas praktiki tapşırıqları yerinə yetirir;

iş şəraitində müvafiq dəyişiklikləri təklif edir, hazırlayır və şəraitə uyğunlaşdırır;

müvafiq planlara uyğun olaraq işi səmərəli şəkildə təşkil edir;

ümumi və yeni praktiki tapşırıqları yerinə yetirmək üçün üsul və metodları seçir və onlardan istifadə edir;

müstəqil istifadəçi səviyyəsində ən azı bir xarici dildə danışa bilir;

gündəlik və əmək fəaliyyətində müxtəlif sahələrdə riyazi bilik və metodlardan istifadə edir;

müxtəlif qrupların işində iştirak edir və zəruri hallarda bu işə nəzarət edə bilir

özünün və digər insanların hüquqlarına hörmətlə yanaşır, müstəqil şəxsiyyət kimi fəaliyyət göstərir;

müasir texnologiyalardan məqsədyönlü və məsuliyyətli şəkildə istifadə edir, texnologiyanın gündəlik həyata təsirini dəyərləndirir;

digərlərinin işinə nəzarət edir və onların inkişafı ilə bağlı müəyyən məsuliyyəti öz üzərinə götürür;

müstəqil şəkildə öyrənmə qabiliyyətinə malikdir;

yaşadığı cəmiyyətdə öz rolunu dərk edir, fiziki hazırlığını artırmaq üçün fəaliyyət göstərir

5-ci səviyyə

Təhsil və ya fəaliyyət sahəsi ilə bağlı əsas anlayışlar, nəzəri prinsip və metodlar haqqında ümumi təsəvvürə malikdir

təhsil və ya fəaliyyət sahəsi ilə bağlı informasiya və yanaşmaları təhlil edir;

fəaliyyət çərçivəsində çətin problemlərin yaradıcı şəkildə həlli üçün biliklərdən istifadə edir;

gözlənilməz şəraitlərdə müstəqil fəaliyyət göstərir;

kiçik kollektivin fəaliyyəti ilə bağlı məsuliyyəti öz üzərinə götürməyə, kollektiv üzvlərinin inkişafına dəstək verməyə qadirdir

müxtəlif tapşırıqları icra edir, müvafiq dəyişiklikləri planlaşdırır və tətbiqini təşkil edir;

yeni həll metodlarının əldə edilməsi məqsədi ilə texnologiya, metod və üsulları seçir və şəxsi davranışını şəraitə uyğunlaşdırır;

kollektivin işində səmərəli şəkildə iştirak edir və qrup fəaliyyətini istiqamətləndirir

6-cı səviyyə

Təhsil və ya fəaliyyət sahəsi ilə bağlı əsas anlayışlar, qaydalar, nəzəri prinsip və tədqiqat metodları haqqında sistemli təsəvvürə malikdir

fəaliyyət və ya təhsil sahəsi ilə bağlı fakt, nəzəriyyə, qayda və metodları təhlil edir;

bir-biri ilə əlaqəli olan sahələrdə çətin tapşırıqların yaradıcı şəkildə

mürəkkəb və gözlənilməyən şəraitlərdə müstəqil şəkildə fəaliyyət göstərir;

sosial və etik aspektləri nəzərə alaraq, peşəkar fəaliyyətlərinin ictimai

həlli üçün biliklərdən istifadə edir;

həyatda rolunu və nəticələrini qiymətləndirir;

yeni yanaşma tətbiq etməklə, mürəkkəb tapşırıqları yerinə yetirir;

fəaliyyət və ya təhsil sahəsi ilə bağlı yeni problemləri aşkar edir və onların müxtəlif həll yollarını təhlil edə və qiymətləndirə bilir;

konkret çərçivədə fəaliyyət və ya təhsil sahəsi ilə bağlı məsələlərin həlli üçün müvafiq informasiya, texnologiya və metodları seçə və onlardan istifadə edə bilir, həmçinin verilən informasiya əsasında gözlənilən nəticələri müəyyənləşdirir və qiymətləndirir;

layihələrin təklif olunması və həyata keçirilməsi zamanı təşəbbüskarlıq, məsuliyyət, liderlik və komandada işləmək

qazanılmış bilik və bacarıqları təcrübədə peşəkarlıqla tətbiq edə bilir və peşəkarlığının artırılmasını müstəqil şəkildə həyata keçirir;

kollektiv üzvlərinin əmək fəaliyyətini və təhsilini istiqamətləndirir

bacarıqlarını nümayiş etdirir;

fəaliyyət və ya təhsil sahəsi ilə bağlı məsələləri Azərbaycan və ən azı bir xarici dildə şifahi və yazılı şəkildə izah edir, həmçinin peşəkar müzakirələrdə iştirak edə bilir

7-ci səviyyə

Təhsil və ya fəaliyyət sahəsi ilə bağlı əsas anlayışlar, nəzəri prinsip və tədqiqat metodları haqqında sistemli ümumi təsəvvürə və geniş biliyə malikdir;

konkret (ixtisaslaşmış) təhsil və ya fəaliyyət sahəsində dərin biliklərə malikdir.

peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll edir;

müvafiq fəaliyyət və metodları təklif edir, planlaşdırır, onların cari və perspektiv nəticələrini təhlil edir;

fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemləri yaradıcı şəkildə müəyyənləşdirir və ortaya qoya bilir, konkret vaxt çərçivəsində və məhdud informasiya şəraitində onları həll edə bilir;

fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemlərin həlli zamanı

innovativ yanaşma tələb edən mürəkkəb və gözlənilməz şəraitlərdə müstəqil şəkildə fəaliyyət göstərir;

təşkilat və ya qrupların strateji fəaliyyəti ilə bağlı məsuliyyət daşıyır;

tədris, təlim və ya digər üsullarla öz biliklərini başqalarına ötürə bilir;

mürəkkəb şəraitlərdə etik davranış qaydalarına uyğun şəkildə fəaliyyət göstərə bilir, şəxsi davranışlarının etik aspekt və imkanlarını, məhdudiyyətlərini və sosial rolunu anlayır;

davamlı öyrənmə və peşəkar inkişafla

müvafiq texnologiya və metodları seçə və onlardan istifadə edə bilir, həmçinin gözlənilən nəticələri müəyyənləşdirə və qiymətləndirə bilir;

fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemlərin həlli zamanı öz hərəkətlərini tənqidi şəkildə qiymətləndirə bilir;

bağlı şəxsi və digərlərinin ehtiyaclarını qiymətləndirir, həmçinin müstəqil təhsil üçün zəruri olan səmərəli metodlardan istifadə edə bilir

fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemləri Azərbaycan dilində və bir xarici dildə şifahi və yazılı olaraq təqdim edə, əsaslandıra, həmçinin mütəxəssis və qeyri-mütəxəssislərlə birgə müvafiq müzakirələrdə iştirak edə bilir

8-ci səviyyə

Peşə sahəsi ilə bağlı mövcud bilik və elmi metodların mənası və əhatə dairəsini anlayır, onların müvafiq qaydada genişləndirilməsi, yenidən

müvafiq elm sahəsi üçün böyük əhəmiyyət kəsb edən hər hansı məsələnin yeni həllini təklif edə bilir;

fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrini almaq üçün dissertasiya işini hazırlayır və müdafiə edir;

mükəmməl bilik və bacarıqlar, həmçinin yeni strateji yanaşma tələb edən mürəkkəb

qiymətləndirilməsi və formalaşdırılması ehtiyacını dərk edir;

ixtisaslaşmış peşəkar fəaliyyətlər çərçivəsində dərin və müasir biliklərə, sistemli təsəvvürə malikdir;

mövcud elmi metodologiyanı dərindən mənimsəyir və tədqiqatlarında istifadə yollarını dərk edir;

fundamental və tətbiqi xarakterli elmi biliklərin yaradılmasına və sintez edilməsinə öz töhfəsini verə bilir

böyük tətbiqi əhəmiyyəti olan iqtisadi, texniki və texnoloji işləmələrin təkmilləşdirilmiş elmi şərhini verə bilir;

yeni biliklər formalaşdırmaqla, peşəkar sahədə aktual problemləri həll edir;

elmi və akademik biliklərin inkişafına öz töhfəsini verir;

yeni biliklərin və metodiki həll üsullarının əldə olunması ilə nəticələnən tədqiqat və inkişaf layihələrini müstəqil hazırlaya, həyata keçirə və tənqidi şəkildə qiymətləndirə bilir;

elm və bilik sahəsini genişləndirən və ya mühüm dəyişikliklərə səbəb olan strateji tədqiqatları və inkişafla bağlı tədbirləri təklif edir, planlaşdırır və həyata keçirir;

peşəkar müzakirələrdə

və qeyri-müəyyən şəraitlərdə müstəqil şəkildə fəaliyyət göstərir;

peşə sahəsinin planlaşdırılmasına və inkişafına görə məsuliyyət daşıyır;

peşə sahəsində innovativ və mürəkkəb ideyaları müstəqil qiymətləndirir;

elmdə etik qiymətləndirməyə, insanların elmi nailiyyətlərdən istifadəsi ilə bağlı imkan və məhdudiyyətlərə həssaslıqla yanaşır;

yeni kompetensiyaların (səriştələrin) qazanılması ilə bağlı şəxsi ehtiyaclarını müəyyən etmək qabiliyyətinə malikdir;

təhsil və təlim kontekstində, həmçinin daha geniş sosial səviyyədə digərlərinin təhsilinə dəstək verir;

elmi tədqiqatların planlaşdırılması və aparılması

şifahi və yazılı şəkildə iştirak edə, eləcə də beynəlxalq akademik

nəşrlərdə orijinal tədqiqat nəticələrini dərc etdirə və ya beynəlxalq ictimaiyyət qarşısında təqdim edə bilir;

mürəkkəb elmi layihələrin ölkə daxilində, habelə beynəlxalq səviyyədə həyata keçirilməsində müstəqil fəaliyyət göstərə bilir;

apardığı elmi tədqiqatlar və araşdırmalar nəticəsində mühüm sosial-mədəni və ya iqtisadi əhəmiyyət kəsb edən yeni və böyük elmi problemin həllini təmin edə bilir;

müvafiq elm sahəsinin perspektiv inkişafı üçün böyük nailiyyət hesab edilə bilən yeni nəzəri müddəalar işləyib hazırlayır;

sahəsində strategiyanı müstəqil müəyyənləşdirə bilir;

mürəkkəb sosial, istehsalat və elmi proseslərin idarə edilməsində iştirak edir;

təşkilatın və ya böyük kollektivin strateji fəaliyyəti ilə bağlı məsuliyyəti öz üzərinə götürməyə qadirdir;

sahə, ölkə, habelə beynəlxalq səviyyədə nəşr olunan elmi nəticəyə görə məsuliyyət daşıyır

elmi-texniki tərəqqini sürətləndirməyə əhəmiyyətli töhfə verən, elmi cəhətdən əsaslandırılmış iqtisadi, texniki və texnoloji işləmələri həll edir;

liderlik, komandada iş, innovativ düşüncə və strateji qərar qəbul etmək bacarıq­larının olmasını tələb edən elm və təhsil mühitində fəaliyyət göstərə bilir;

informasiya axınlarının məzmununu idarə etməyi bacarır;

məşğul olduğu elm sahəsində yeni elmi istiqamət yarada bilir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR