Xızı sakini ağac kəsintisinə görə cərimələnib

Xızı sakini ağac kəsintisinə görə cərimələnib
# 26 iyul 2017 14:06 (UTC +04:00)

16 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə növbəti reyd keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reyd zamanı Xızı rayonu, Altıağac bələdiyyəsinin ərazisində qəsəbə sakini Nicat Novruzbəyov tərəfindən 1 ədəd yaş köküstə söyüd ağacının kəsilməsi faktı aşkar olunub.

Faktla bağlı protokol tərtib edilib, inzibati xəta törətdiyinə görə N. Novruzbəyova inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR