Gələn il Azərbaycanda dövlət sektoru ilə əlaqələr zamanı yazışmalar tamamilə elektronlaşdırılacaq

Gələn il Azərbaycanda dövlət sektoru ilə əlaqələr zamanı yazışmalar tamamilə elektronlaşdırılacaq
# 17 iyul 2018 22:48 (UTC +04:00)

Gələn il Azərbaycanda dövlət sektoru ilə əlaqələr zamanı yazışmaların tamamilə elektronlaşdırılması prosesi başa çatacaq.

APA-nın məlumatına görə, bu, prezident İlham Əliyevin iyulun 17-də imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" fərmanında əksini tapıb.

Fərmana əsasən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə dövlət sektoru ilə əlaqələr zamanı yazışmaların tamamilə elektronlaşdırılması və kağız daşıyıcılardan istifadənin aradan qaldırılması barədə vəzifə daxil edilib. Dövlət sektoru ilə əlaqələr zamanı yazışmaların tamamilə elektronlaşdırılması və kağız daşıyıcılardan istifadənin aradan qaldırılması prosesi 2019-cu ildə başa çatmalıdır. “ Bu vəzifənin icra olunması Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR