Gədəbəy sakini intihara cəhd edib

Gədəbəy sakini intihara cəhd edib
# 03 iyun 2015 15:50 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə Gədəbəy rayon sakini, 1980-ci il təvəllüdlü Elşad Əliyev ağır zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdirilib. Dərhal tibbi yardım göstərilən 35 yaşlı E. Əliyevin vəziyyətinin orta-ağır olduğu bildirilir.


Araşdırma zamanı məlum olub ki, E. Əliyev ailə münaqişəsi zəminində həşərat əleyhinə işlədilən kimyəvi maddə içərək intihara cəhd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR