Bakıda “VAZ-2107”-dən külli miqdarda narkotik götürülüb

Bakıda “VAZ-2107”-dən külli miqdarda narkotik götürülüb
# 25 avqust 2017 09:18 (UTC +04:00)

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

APA-nın məlumatına görə, Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Asif Qərib oğlu Həmidovun idarə etdiyi “VAZ-2107” markalı, 90 MN 976 dövlət nömrə nişanlı avtomobil saxlanılıb. Avtomobilə baxış zamanı oradan 3 kiloqram narkotik aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR