Bakıda 77 yaşlı kişini vurub öldürən avtobus sürücüsü məhkəmə zalında həbs edilib

Bakıda 77 yaşlı kişini vurub öldürən avtobus sürücüsü məhkəmə zalında həbs edilib
# 27 iyul 2018 14:50 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Əflatun Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ə. Cəfərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.

Qeyd edək ki, yol qəzası ötən il Sabunçu rayonu ərazisində baş verib. Şəhər şosesində "İsuzu" markalı, 90 RJ 388 dövlət qeydiyyat nişanlı, 148 saylı marşrut avtobusunun sürücüsü Ə.Cəfərov yolu keçən 1940-cı il təvəllüdlü Yadigarov Şıxməmməd Xəlil oğlunu vurub. Avtobusun vurduğu piyada hadisə yerində ölüb.

Ş. Yadigarov təmizlik işçisi kimi fəaliyyət göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR