Gəncədə bərbərxanadan xeyli miqdarda pul oğurlanıb

Gəncədə bərbərxanadan xeyli miqdarda pul oğurlanıb
# 13 mart 2017 09:34 (UTC +04:00)

Gəncədə bərbərxanadan 25 min manat pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, quldurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Rübayıl Əliyevin və Yaşar Nağıyevin ətraflarında Gəncə Şəhər Baş Polis İdarəsi, Kəpəz və Nizami Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların martın 9-da şəhər sakini Rahib Rzayevə məxsus bərbərxanadan 25000 manat, 25000 rus rublu, 2.000 ABŞ dolları, danışıq kartları, lotoreya uduş biletləri və sənədlər oğurlamaları da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR