Yaradıcılıq Fondu və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi hekayə müsabiqəsi elan edib

Yaradıcılıq Fondu və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi hekayə müsabiqəsi elan edib
# 03 mart 2015 04:41 (UTC +04:00)

Fonddan APA-ya verilən məlumata görə, layihə “Qurani-Kərim”in gənclər arasında düzgün formada təbliğinə, müqəddəs kitabdan gələn mütərəqqi ideyalarla gəncliyi daha yaxından tanış etməyə xidmət edir.

Müsabiqənin şərtlərinə əsasən təqdim edilən hekayələrin süjeti və ideyası Qurani-Kərim motivləri əsasında olmalı və hekayələr 10 min işarədən az olmamalıdır. Hekayələr elektron formada müəllif haqqında qısa tərcümeyi-hal ilə birlikdə Azərbaycan Yaradıcılıq Fondunun elektron ünvanına ([email protected]) göndərilməlidir. Fonddan bildiriblər ki, hekayələr qəbulu üçün son gün aprelin 15-dir və iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur. Müsabiqədə 1-ci, 2-ci və 3-cü yer olmaqla üç baş mükafat və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin iki həvəsləndirici mükafatı olacaq.

Birinci yerin qalibi 700, ikincin yerin qalibi 500, üçüncü yerin qalibi isə 300 AZN pul mükafatı ilə qiymətləndiriləcək. Həvəsləndirici iki yerin qaliblərinə isə qiymətli hədiyyələr təqdim olunacaq. Müsabiqəyə təqdim edilən bütün hekayələr antologiya kimi dərc ediləcək və nəşr edilmiş antologiya kitabxanalara paylanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR