"Pakistan Milli Bankı Bakı filialı" ötən ili zərərlə başa vurub

"Pakistan Milli Bankı Bakı filialı" ötən ili zərərlə başa vurub
# 22 yanvar 2018 10:39 (UTC +04:00)

2017-cı ilin IV rübündə "Pakistan Milli Bankı Bakı filialı"nın aktivlərinin həcmi 11,681 mln. manat təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 3,71% çoxdur. Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 9,02% azalaraq 1,635 mln. manat olub.

Ötən il bankın depozit portfeli 1,184 mln. manat təşkil edib ki, 2016-cı illə müqayisədə 77,43% çoxdur. Bankın öhdəlikləri isə 55,13% artaraq 1,468 mln. manata bərabər olub.

Hesabat dövründə bankın nizamnamə kapitalı dəyişməyərək 9 mln. 420 min manat, məcmu kapital isə 10,155 mln. manat təşkil edib.

Bankın gəlirləri 823,130 min manata, xərclər isə 937,130 min manata bərabər olub.

Bank ötən ili 104,910 min manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR