Ağdam sakini ehtiyatsızlıqdan özünü yandırıb

Ağdam sakini ehtiyatsızlıqdan özünü yandırıb
# 10 mart 2019 00:00 (UTC +04:00)

Ağdamda 41 yaşlı kişi ehtiyatsızlıqdan özünü yandırıb.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Üçoğlan kəndində qeydə alınıb. Kənd sakini Eldəniz Süleymanov benzinlə ocaq yandırarkən ehtiyatsızlıqdan yanacaq onun ayaqlarına tökülüb və alovlanıb. Dərhal alov ram edilib və E. Süleymanov Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirib. Yaralıya ikinci dərəcəli yanıq diaqnozu qoyulub.

Habil Aslanoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR