ABŞ-da avtomobilin qatarla toqquşması nəticəsində 21 nəfər xəsarət alıb

ABŞ-da avtomobilin qatarla toqquşması nəticəsində 21 nəfər xəsarət alıb
# 28 mart 2015 22:49 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Los Anceles şəhərində avtomobilin qatarla toqquşması nəticəsində azı 21 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə yerinə xilasedicilər və həkimlər cəlb edilib. Məlumata görə, qəza nəticəsində qatarın iki vaqonu relsdən çıxıb.

Yaralılardan 19-u yüngül xəsarət alıb, 2 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilir.

İnsidentin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR