Nazirlik Lənkəranda direktorun müəllimdən polisə şikayət etməsi ilə bağlı araşdırma aparır

Nazirlik Lənkəranda direktorun müəllimdən polisə şikayət etməsi ilə bağlı araşdırma aparır
# 24 may 2018 10:06 (UTC +04:00)

Təhsil Nazirliyi Lənkəranda məktəb direktorunun müəllimdən polisə şikayət etməsi ilə bağlı araşdırmaya başlayıb.

Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, Təhsil Nazirliyi sözügedən məsələ ilə bağlı araşdırma aparır.

Xatırladaq ki, Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbin direktoru Ziyafəddin Cavadov məktəbin müəllimi Həbib Əlizadədən şagirdləri icazəsiz Bakıya ekskursiyaya apardığına görə polisə şikayət edib.

H. Əlizadə bildirib ki, indiyədək görülən bütün tədbirlər Təhsil Nazirliyinin, yerli təhsil idarəsinin icazəsi ilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR