Manat və xarici valyutada kreditlərin orta faiz dərəcəsi artıb

Manat və xarici valyutada kreditlərin orta faiz dərəcəsi artıb
# 09 dekabr 2017 10:11 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabr ayı üzrə depozit və kreditlər üzrə orta faiz dərəcəsini açıqlayıb.

APA-Economics” AMB-nin saytına istinadən xəbər verir ki, oktyabrda manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 10,33%, xarici valyuta ilə 3,33% təşkil edib. Sentyabr ayı ilə oktyabr ayını müqayisə edəndə məlum olur ki, manatla depozit və əmanətlər üzrə faiz dərəcəsi 0,18% artıb, xarici valyutada depozit və əmanətlər üzrə faiz dərəcəsi 0,04% azalıb. Ümumiyyətlə, manatla depozit və əmanətlərdə orta faiz illik 6,31%-dən 10,33%-ə yüksəlib, xarici valyutada 4,72%-dən 3,33%-ə enib.

Oktyabr ayında hüquqi şəxslərdən manatla depozitlər ortalama 5,42%, xarici valyutada isə 1,37%-dən cəlb edilib. Hesabat ayında fiziki şəxslərdən manatla cəlb edilmiş depozitlərinin orta faizi 11,83%, xarici valyutada isə 4,10% olub.

Oktyabrda verilmiş kreditlər üzrə orta faiz dərəcəsinə gəlincə, bu göstərici manatla 13,14%, xarici valyuta ilə 10,53% təşkil edib. Sentyabr ayı ilə oktyabr ayını müqayisə edəndə məlum olur ki, manatla kreditlər üzrə orta faiz dərəcəsi 0,14%, xarici valyutada kreditlər üzrə faiz dərəcəsi 0,24% artıb. Ümumiyyətlə, manatla kreditlərdə orta faiz illik 12,24%-dən 13,14%-ə, xarici valyutada 9,63%-dən 10,53%-ə yüksəlib.

Oktyabr ayında fiziki şəxslərə verilən kreditin orta faiz dərəcəsi manatda 16,30% xarici valyutada 17,34% olub. Hüquqi şəxslərə sözügedən ayda kreditlər manatda orta hesabla 8,99%, xarici valyutada 7,23% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR