Rusiyada Stalinin heykəli ucladılıb - FOTO

Rusiyada Stalinin heykəli ucladılıb - <span style="color: red;">FOTO
# 09 sentyabr 2015 15:46 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya Federasiyası Mari El Respublikasının Şelanqer qəsəbəsində İosif Stalinin abidəsi qoyulub.

APA-nın xəbərinə görə, bu barədə məlumat Rusiya Kommunist Partiyasının yerli bölməsinin saytında yerləşdirilib.

Məlumatda qeyd olunur ki, son sosioloji araşdırmalar Rusiya cəmiyyətində insanların 60 il ərzində layiq olmadığı şəkildə adı unudulan bu şəxsə daha çox rəğbət bəslədiklərini göstərir. 3 metrlik heykəl kənd təsərrüfatı kooperativi ərazisində ucaldılıb. Heykəlin müəllifləri Anatoli və Qalina Medvedevlərdir.

Kommunistlərin fikrincə, Sovet İttifaqı liderinə maraq Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalarla əlaqədar sənaye istehsalının azalmasından sonra yaranıb.

Rusiya Kommunist Partiyası bu ilin martında bəyan edib ki, 9 may tarixinə kimi Rusiyanın müxtəlif regionlarında Stalinin 15 heykəlini qoyacaq, xatirə lövhəsini quraşdırılacaqlar. Belə abidələrdən biri may ayında Lipetskdə ucaldılsa da, daha sonra götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR