AMB: Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 3,6 dəfə üstələyib

AMB: Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 3,6 dəfə üstələyib
# 04 avqust 2017 16:28 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında ölkənin strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankının 2017-ci ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalına istinadən xəbər verir ki, 2017-ci ilin 6 ayının sonuna ölkənin strateji valyuta ehtiyatları 40,5 mlrd. ABŞ dolları təşkil edib.

Sənəddə qeyd olunub ki, strateji valyuta ehtiyatları 33 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 3,6 dəfə üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR