ABŞ-da iki yük qatarı toqquşub

ABŞ-da iki yük qatarı toqquşub
# 19 mart 2018 22:08 (UTC +04:00)

ABŞ-ın Kentukki ştatında iki yük qatarı toqquşub, nəticədə 4 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, bu barədə USA Today xəbər verib.

Qəza zamanı qatarlar relsdən çıxıb, yanğın baş verib. Ətraf ərazidə yaşayan sakinlər yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə ediliblər.

Yanğının nə səbəbdən qaynaqlandığı hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR