Lukaşenko: “Belarusda Rusiya hərbi bazası yaradılmasına ehtiyac yoxdur”

Lukaşenko: “Belarusda Rusiya hərbi bazası yaradılmasına ehtiyac yoxdur”
# 03 fevral 2017 13:41 (UTC +04:00)

Belarus öz ərazisində - Bobruysk şəhərində Rusiya hərbi bazasının yaradılmasını məqsədəuyğun saymır.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

İctimai xadimlər və jurnalistlərlə görüş zamanı Belarus lideri hərbi bazanın yaradılması əvəzinə, Belarusa hərbi təyyarələrin verilməsini məqsədəuyğun sayıb: “Hərbi nöqteyi-nəzərdən bu baza nəyə lazımdır? O, burada gərəksizdir. Rusiyanın bazası və burada yerləşdirmək istədiyi təyyarələr nümayişdir. Bizim əla pilotlarımız və məktəbimiz var. Siz bizə 20 təyyarə verin. Biz axı vahid qruplaşmayıq...”

Qeyd edək ki, 2015-ci ilin sentyabrında Vladimir Putin Rusiyanın Müdafiə və Xarici İşlər nazirliklərinə Belarusla danışıqlar apararaq bu ölkədə Rusiya hərbi aviabazasının yaradılması haqqında müqavilə imzalamağı tapşırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR