Milli Şura mitinq keçirib - YENİLƏNİB

Milli Şura mitinq keçirib - <span style="color: red;">YENİLƏNİB
# 05 aprel 2015 14:20 (UTC +04:00)

APA-nın məlumatına görə, aksiyada Milli Şuraya daxil olan qurumlarla yanaşı, digər müxalifyönlü təşkilatların təmsilçiləri də iştirak ediblər.


Mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, partiyanın Gənclər Komitəsinin sədri İlham Hüseyn, Milli Şuranın sədri Cəmil Həsənli, Milli Şuranın üzvləri Eldəniz Quliyev, Gültəkin Hacıbəyli, Nurəddin Məmmədli, Oqtay Gülalıyev və digərləri çıxış ediblər.


Aksiyada xırda insident də yaşanıb. Belə ki, aksiya iştirakçıları BŞİH-lə razılaşdırılmamış şüarlar səsləndiriblər. Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının mitinq təşkilatçılarına xəbərdarlığından sonra bunun qarşısı alınıb.


Qeyd edək ki, Müsavat Partiyası və digər partiyaların rəhbərləri aksiyaya qatılmayıblar.

***

saat 15.29


Bakı. Etibar Məmmədov - APA. Milli Şura Yasamal rayonundakı keçmiş “Məhsul” stadionunda mitinq keçirir.

APA-nın məlumatına görə, mitinq Bakı Şəhər İcra hakimiyyəti ilə razılaşdırılıb.

Aksiyada Müsavat, ADP, KXCP və digər müxalif partiyalar iştirak etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR