Sabah Azərbaycanın bəzi rayonlarında qaz təchizatı məhdudlaşdırılacaq

Sabah Azərbaycanın bəzi rayonlarında qaz təchizatı məhdudlaşdırılacaq
# 21 aprel 2015 15:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Sabah Azərbaycanın bəzi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, aprelin 22-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Zabrat-2”, “Zabrat-Bilgəh” və “Zabrat-Ümumi”, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Şamaxı”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Xaldan”, Ağdam Magistral qaz kəmərləri sahəsinin “Beyləqan”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Ağasıbəyli” və “Yuxarı Salahlı”, Astara Magistral qaz kəmərləri sahəsinin “Göytəpə”, “Nərimankənd” və “Saatlı” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində Şamaxı və Beyləqan şəhərlərinin, Yevlax rayonunun Xaldan və Qəribli, Sabirabad rayonunun Nərimankənd, Ulacalı, Qaratəpə, Əhmədabad, Mürsəlli və Şıxlar, Saatlı rayonun Qıraqlı, Mustafabəyli, Bəylik və Yeni Novruz, Samux rayonunun Ağasıbəyli, Əhmədli, 1 May və Şəmsizadə, Qazax rayonunun Aslanbəyli və Yuxarı Salahlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Zabrat və Bilgəh qəsəbələrinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR