Rusiya və Türkiyə Suriyadakı insidentlə bağlı təhqiqat komissiyası yaratmayacaqlar

Rusiya və Türkiyə Suriyadakı insidentlə bağlı təhqiqat komissiyası yaratmayacaqlar
# 09 fevral 2017 20:12 (UTC +04:00)

“Rusiya və Türkiyə Suriyadakı türk hərbçilərinə səhvən endirilmən zərbə ilə bağlı insidenti araşdırmaq üçün təhqiqat komissiyası yaratmayacaqlar, çünki məsələ tam aydındır”. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Ankaradakı yüksək çinli hərbi mənbə bildirib.

“İnsidentdən dərhal sonra Rusiya tərəfi ilə müvafiq məsləhətləşmələr aparılıb. Aramızda koordinasiya mövcuddur, hazırda əlaqələndirməni daha güclü və səmərəli etmək üçün danışıqlar aparılır. Məlumatıma görə, faciə ilə bağlı hər-hansı xüsusi komissiya yaratmaq planlaşdırılmır, çünki vəziyyət məlum və aydındır”, - deyə mənbə bildirib.

Qeyd edək ki, Rusiya təyyarəsinin Suriyada səhvən endirdiyi aviazərbə nəticəsində 3 türk əsgəri ölüb, 11 nəfər yaralanıb.

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarına Suriyada baş verən hadisə ilə əlaqədar başsağlığı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR