Ermənistanda şərab zavodunun 100-dək işçisi xəstəxanaya yerləşdirilib

Ermənistanda şərab zavodunun 100-dək işçisi xəstəxanaya yerləşdirilib
# 18 may 2018 02:38 (UTC +04:00)

Ermənistanın Armavir vilayətində fəaliyyət göstərən “Tierras De Armenia” şərab zavodunun 100-dək işçisi xəstəxanaya yerləşdirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, xəstəxanaya yerləşdirilən işçilərdə qida zəhərlənməsi diaqnozu qoyulub. Hazırda 60 xəstə Armavir və Metsamor xəstəxanalarında müalicəni davam etdirir.

İnsidentin səbəbləri müəyyənləşdirilir.

“Tierras De Armenia” şirkəti argentinalı sahibkar Eduardo Ernekyana məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR