Goranboyda 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib - VİDEO

Goranboyda 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">VİDEO
# 26 mart 2015 07:52 (UTC +04:00)

Goranboy. Azər Məmmədli – APA. Goranboy rayonunda ağır yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə saat 23 radələrində rayonun Dəlməmmədli-Yolqular yolunun 1-ci kilometrliyində qeydə alınıb. Rayon sakini 22 yaşlı Anar Mahmudov idarə etdiyi “VAZ-2106” markal avtomobillə Dəlməmmədli istiqamətində yüksək sürətlə hərəkət edərkən “ZİL” markalı su daşıyan maşına çırpılıb. Zərbənin gücündən “VAZ 2106” markalı avtomobil yararsız hala düşüb. Qəza nəticəsində minik maşının sürücü və onun sərnişinləri 25 yaşlı Selmi Mahmudova və 13 yaşlı Ramil Mahmudova ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağır olaraq qalır. İlkin ehtimallara görə, qəzaya səbəb “VAZ-2106” markalı avtomobilin ötmə əməliyyatını düzgün yerinə yetirilməməsi olub. Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR