Astarada 19 ton tərəvəz daşıyan yük maşını yanıb - YENİLƏNİB

Astarada 19 ton tərəvəz daşıyan yük maşını yanıb - <span style="color: red;">YENİLƏNİB
# 02 fevral 2017 09:02 (UTC +04:00)

Astara rayonunda Rusiyaya məxsus içərisində yük maşını yanıb.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə ötən gecə Ələt-Astara magistralının rayonun Təngərüd kəndi ərazisindən keçən hissəsində baş verib.

Rusiyanın vətəndaşı, 1966-cı il təvəllüdlü Hapışov Əli Fərhad oğlunun idarə etdiyi "Renault" markalı yük maşını hərəkətdə olarkən sürücü kabinəsində yanğın başlayıb. Alov qısa zamanda bütün maşını bürüyüb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, yük maşınında 19 ton xiyar olub. Məhsulun böyük hissəsi məhv olub.

Yanğının baş vermə səbəbi ekspertizanın nəticələrindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.

*** 10.00

Bu gün Astara rayonu, Təngərüd kəndində vətəndaşa məxsus “ZİNO” markalı yük avtomobilinin yanar hissələri yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın saat 09:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR