Bu ilin I rübündə 30-dan çox səhmdar cəmiyyət cərimələnib

Bu ilin I rübündə 30-dan çox səhmdar cəmiyyət cərimələnib
# 10 aprel 2015 09:08 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Cari ilin yanvar-mart ayları üzrə investorların hüquqlarının müdafiəsi üzrə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə 65 şikayət daxil olub.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 28% azdır.

Quruma daxil olan ərizələrin sayında isə artım müşahidə olunub. Belə ki, ötən ildən fərqli olaraq bu ilin üç ayında ərizələrin sayı 2,3 dəfə artaraq 16-ya çatıb.

Məlumata əsasən, bu dövr ərzində 190 səhmdar cəmiyyət şikayət olunub. Müvafiq səhmdar cəmiyyətlərlə bağlı tətbiq olunan cərimələrin sayı isə 31 olub ki, bu da illik müqayisədə 46% azdır. Cərimələrin ümumi məbləğində də azalma var. Belə ki, üç ay ərzində səhmdar cəmiyyətlər ümumilikdə 46 min 500 manat dəyərində cərimə olunub ki, bu da tən ilin müvafiq dövrü ilə müqayisədə 51% azdır.

Qeyd edək ki, müvafiq şikayətlərlə bağlı 4 icrası mütləq göstəriş verilib. Ümumilikdə isə, 3 ay ərzində 25 illik hesabat təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR