Bakı-2015: Azərbaycan Almaniya, Macarıstan və Rumıniya ilə eyni qrupda mübarizə aparacaq

Bakı-2015: Azərbaycan Almaniya, Macarıstan və Rumıniya ilə eyni qrupda mübarizə aparacaq
# 23 mart 2015 15:03 (UTC +04:00)

Bakı-APA. Bakı-2015-in su polosu yarışlarının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Lixtenşteyndə baş tutan mərasimdə 16 kişi komandası 4, 12 qadın yığması 2 qrupa bölünüb.

Püşkün nəticəsinə əsasən kişilərdən ibarət Azərbaycan millisi B qrupunda gücünü yoxlayacaq. Komandamız Macarıstan, Almaniya və Rumıniya ilə münasibətinə aydınlıq gətirəcək.

Qadınların mübarizəsində isə Azərbaycan təmsilçisi olmayacaq. Ev sahibi kimi yarışda iştirak hüququ qazanan, lakin Avropa Oyunlarına qatılması məqbul hesab olunmayan komandamızı Rusiya əvəzləyib.

Kişilər

A qrupu: İtaliya, Rusiya, Fransa, Ukrayna

B qrupu: Macarıstan, Azərbaycan, Almaniya, Rumıniya

C qrupu: Monteneqro, Xorvatiya, Yunanıstan, Türkiyə

D qrupu: Serbiya, İspaniya, Slovakiya, Malta

Qadınlar

A qrupu: Yunanıstan, Hollandiya, Macarıstan, Almaniya, İsrail, Böyük Britaniya

B qrupu: İspaniya, İtaliya, Rusiya, Slovakiya, Fransa, Serbiya

Qeyd edək ki, reqlamentə əsasən ilk pillələrin sahibləri birbaşa mərhələ adlayacaq. 2-ci və 3-cü yeri tutacaq komandalar isə digər qruplarda eyni yerlərin sahibləri ilə pley-off oynayacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR