Tovuz sakinini ilan sancıb

Tovuz sakinini ilan sancıb
# 24 iyul 2017 09:07 (UTC +04:00)

Tovuz rayonunda 46 yaşlı kişini ilan sancıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Kənd sakini, 1971-ci il təvəllüdlü Rafiq Məmmədov əkin sahəsində işləyən zaman ilan onun topuq nahiyəsindən sancıb. R. Məmmədov dərhal xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR