® Amrahbank “Dünyamızı daim parlaq rənglərdə görək” adlı xeyriyyəçilik tədbiri keçirdi

<font color=red>® </font> Amrahbank  “Dünyamızı daim parlaq rənglərdə görək” adlı xeyriyyəçilik tədbiri keçirdi
# 18 iyul 2017 09:54 (UTC +04:00)

Amrahbank Xəzər Qayğıkeşlik layihəsi Humanitar İctimai Birliyi ilə qarşılıqlı əməkdaşlıq çərcivəsində “Dünyamızı daim parlaq rənglərdə görək” adlı növbəti xeyriyyəçilik tədbirini həyata keçirdi.

Bildirmək istəyirik ki, bank tərəfindən bu tip tədbirləin keçirilməsində əsas məqsəd ictimaiyyətdə mövcud olan problemlərə biganə qalmamaq, onların həllinə yardım göstərmək, ehtiyac sahiblərinə kömək əli uzatmaqdır.

Növbəti korporativ sosial məsuliyyət (KSM) çərçivəsində “Amrahbank”ın maddi dəstəyi ilə Xəzər Qayğıkeşlik Layihəsi Klinikasında imkansız ailədən olan, “katarakta” xəstəliyindən əziyyət çəkən, əməliyyat etmək imkanları olmadıqlarından görmə qabiliyyətlərini getdikcə itirmək təhlükəsi olan 1939-cu il təvəllüdlü Xvatova Svetlananın, 1951-ci il təvəllüdlü Kərimova Rəhilənin, 1941-ci il təvəllüdlü Şıxəliyeva Ayətin gözlərində klinikanın həkimləri tərəfindən cərrahi əməliyyat aparıldı.

Klinikadan daxil olan məlumata görə əməliyyatdan sonrakı gün müayinə olunan xəstələr dünyanı parlaq rəngdə görə bildikləri üçün özlərini çox xoşbəxt hiss edirdilər və talelərində böyük rol oynayanlara sonsuz dərəcədə minnətdar idilər.

Xatırladırıq ki, 2017-ci ilin əvvəlindən Amrahbank Xəzər Qayğıkeşlik layihəsi Humanitar İctimai Birliyi ilə qarşılıqlı əməkdaşlıq çərcivəsində artıq 9 nəfərin gözlərində uğurlu göz əməliyyatlarının həyata keçirilməşinə maddi dəstək göstərmişdir.

Amrahbank ənənəvi bank fəaliyyəti ilə yanaşı daima elm, təhsil, sağlamlıq, idman və s. KSM layihələrinin həyata keçirilməsini özünün əsas prioritetlərindən hesab edir..


Amrahbank “Səzə açıq və aydın bank”

При поддержке “Amrahbank”- а в очередной раз были успешно проведены благотворительные операции по удалению катаракты.

В рамках благотворительного проекта “Увидеть мир в ярких красках”, “Amrahbank” провел очередные операции по удалению катаракты для неимущих граждан нашей страны.

При поддержке “Caspian Compassion” были сделаны 3 операции: Хватовой Светлане (1939 г.р.); Керимовой Рахиле (1951г.р.); Шихалиевой Айтен (1941 г.р.). Из-за тяжелого материального положения и нехватки средств на операцию, эти женщины столкнулись с угрозой потерять зрение. Однако, благодаря финансовой поддержке “Amrahbank”- а у них появился шанс.

Хочется отметить, что основной задачей проводимых мероприятий в рамках программы “Корпоративно- Социальной Ответственности” “Amrahbank” является привлечение внимания общественности к проблемам малоимущих и своим примером призвать оказать им помощь.

Напомним , что с начала 2017-го года “Amrahbank” оказал финансовую помощь в проведении 9 операций больным катарактой.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR