Dünyanın ən yaşlı adamı ölüb

Dünyanın ən yaşlı adamı ölüb
# 30 yanvar 2018 13:17 (UTC +04:00)

Dünyanın ən yaşlı adamı ölüb.

APA-nın “Daily Mirror”a istinadən verdiyi xəbərə görə, Fransisko Nunez Oliver yanvarın 29-da, 113-cü doğum gününü qeyd etdikdən bir ay sonra vəfat edib.

O, İspaniyanın cənub-qərbində Badajoz vilayətində yaşayıb. Vilayət rəhbərliyi Fransiskonun vilayətin tanınmasında mühüm rol oynadığını bildirib.

Qeyd edək ki, Fransiskonun dörd uşağı, 9 nəvəsi və 15 nəticəsi var. Onun 97 yaşlı qardaşı 97 və 93 yaşlı bacısı sağdır. Fransisko 1921-1926-cı illərdə İspaniya, Fransa və Mərakeş arasında gedən müharibədə iştirak edib. O, özünü “dünyanın babası” adlandırırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR