Sentyabrda əhalinin əmanətlərin həcmi 1,5% azalıb

Sentyabrda əhalinin əmanətlərin həcmi 1,5% azalıb
# 04 noyabr 2016 14:54 (UTC +04:00)

2016-cı ilin oktyabrın 1-nə müştərilər tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 813,9 mln. manat təşkil edib.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib. 2015-ci ilin sentyabr ayı ilə müqayisədə bu ilin eyni dövründə bu göstərici 502,1 mln. manat və ya 6,87% artıb.

Bununla yanaşı, bu ilin sentyabr ayında əmanətlərin həcmi 118 mln. manat və ya 1,49% azalıb. Ümumiyyətlə, bu ilin əvvəlindən banklarda olan əmanətlərin həcmi 1 660 mln. manat və ya 17,52% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR