The Hill: Azərbaycan ABŞ-ın müsəlman dünyasında real və etibarlı çox az dostlarından biridir

The Hill: Azərbaycan ABŞ-ın müsəlman dünyasında real və etibarlı çox az dostlarından biridir
# 14 aprel 2015 10:42 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Azərbaycan ABŞ-ın müsəlman dünyasında real və etibarlı çox az dostlarından biridir”.

APA-nın məlumatına görə, bu barədə məşhur amerikalı jurnalist Maayan Jaffe “The Hill” qəzetindəki yazısında bildirib. O, məqaləsində ABŞ administrasiyasını Orda Şərq, Avrasiya və ətraf regionlarda qarşılaşdığı problemlərin ciddiliyini anlamamaqda ittiham edib.

Müəllif prezident Baraka Obama və İsrailin baş naziri Benyamin Netanyahu arasında cüzi şəxsi konflikt səbəbindən ABŞ-la İsrail arasında münasibətlərin pisləşdiyini qeyd edib: “Azərbaycan liderləri də ABŞ administrasiyasının onlara yanaşmasından məyusluğunu ifadə edib. Azərbaycan müsəlmanların çoxluq təşkil etdiyi yeganə ölkədir ki, orada davamlı və israrlı şəkildə sivil, Qərb dəyərləri hökm sürür. Azərbaycan həm də müsəlman ölkələri, hətta Rusiya ilə bağlı məsələlərdə həmişə ağıllı məsləhət verə biləcək ölkədir. Bunun əksinə olaraq ABŞ administrasiyası Azərbaycanın dünyəvi, Qərbyönlü və proqressiv ölkə olması ilə bağlı faktların üzərinə kölgə salır”.

Jurnalist hesab edir ki, Konqres ABŞ administrasiyasına bu bataqlıqdan çıxması üçün davamlı yardım etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR