İŞİD silahlıları Liviyada neft yataqlarını ələ keçirib - VİDEO

İŞİD silahlıları Liviyada neft yataqlarını ələ keçirib - <span style="color: red;">VİDEO
# 03 mart 2015 23:56 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, neft yataqlarını ələ keçirmək üçün hücuma keçən silahlılar Əs Sidr limanına çəkilən boru xəttini sıradan çıxarıblar. Bundan əvvəl yataqlar uğrunda döyüşlərin davam etdiyi bildirilirdi.

“Röyters”in Liviyanın neft obyektlərinin mühafizə xidmətinin mətbuat xidmətinin rəhbəri Əli Hasiyə istinadən verdiyi xəbərə görə, silahlıların hücumunu dəf edə bilməyən təhlükəsizlik xidmətinin əməkdaşları geri çəkilməyə məcbur olublar.

Lakin agentlik öz mənbələrinə istinadən qeyd edir ki, hücum zamanı Əl Bahi neft yatağını heç kim mühafizə etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR