"Amrahbank" rübü zərərlə başa vurub

"Amrahbank" rübü zərərlə başa vurub
# 14 aprel 2017 10:44 (UTC +04:00)

"Amrahbank" ASC-nin aktivlərinin həcmi 2017-ci ilin I rübündə 240,307 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 13% azdır.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 16% azalaraq 129,433 mln. manat olub.


Hesabat dövrünün sonuna bankın öhdəlikləri 14,5% azalaraq 188,817 mln. manat, depozit portfeli isə 1,7% azalaraq 125,624 mln. manata enib.

Bir il ərzində bankın məcmu kapitalı 6,5% azalaraq 51,489 mln. manat, nizamnamə kapitalı dəyişməyərək 39 mln. 844,4 min manat təşkil edib.

Qeyd edək ki, bank cari ilin I rübünü 1 mln. 450 min 292,31 manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR