ATƏT sədri ilə Lavrovun görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinə də toxunulub

ATƏT sədri ilə Lavrovun görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinə də toxunulub
# 19 yanvar 2017 14:36 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurts və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunulub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O deyib ki, ATƏT sədri ilə keçirilən görüşdə təşkilatın gündəliyində duran çox əhatəli məsələlərə baxılıb: “Nəzərə alsaq ki, Dağlıq Qarabağ məsələsi də ATƏT-in məsələsidir, bu məsələ də qeyd olunub. Lakin danışıqlar olmayıb. Bu məsələyə ATƏT-ə sədrliyin Avstriyaya keçməsi kontekstində gündəlikdə duran məsələlərdən bir kimi baxılıb. Əlavə məlumat isə məndə yoxdur”.

Qeyd edək ki, yanvarın 18-də Moskvada ATƏT sədri Sebastian Kurtsla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib. Görüşdə əsasən Ukraynadakı böhran müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR