Merkel: “Rusiya Suriyada siyasi prosesin başlanmasına görə məsuliyyət daşıyır”

Merkel: “Rusiya Suriyada siyasi prosesin başlanmasına görə məsuliyyət daşıyır”
# 20 oktyabr 2016 02:03 (UTC +04:00)

Bakı-APA. Rusiya Suriyada siyasi prosesin başlanmasına görə məsuliyyət daşıyır.

APA-nın RİA Novosti agentliynə istinadən verdiyi xəbərə görə, bunu Almaniya kansleri Angela Merkel "Normand dördlüyü” liderlərinin görüşündən sonra keçirdiyi mətbuat konfransında bəyan edib.

“Biz açıq şəkildə bildirdik ki, Rusiya Suriyada siyasi prosesin başlanmasına görə məsuliyyət daşıyır. O məsuliyyət ki, tək bu gün deyil, uzunmüddətli perspektivdə də qüvvədə qalmalıdır. Rusiya humanitar və siyasi sahələrdə mühüm qərarlar verməlidir”, deyə A.Merkel bildirib.

Xatırladaq ki, oktyabrın 19-da Berlində Almaniya kansleri Angela Merkel, Rusiya prezidenti Vladimir Putin və Fransa dövlət başçısı Fransua Olland arasında Suriya böhranına dair görüş keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR