Gəncədə iki avtomobil toqquşub, sürücülərdən biri xəsarət alıb

Gəncədə iki avtomobil toqquşub, sürücülərdən biri xəsarət alıb
# 02 yanvar 2020 05:32 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını ilə "VAZ 2107" markalı avtomobil toqquşub. Yol qəzası nəticəsində "Jiquli"nin sürücüsü 1996-cı il təvəllüdlü Fərzəliyev Ehtiram Vaqif oğlu xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR