Finlandiya prezidenti əməliyyat olunub

Finlandiya prezidenti əməliyyat olunub
# 17 iyul 2018 20:07 (UTC +04:00)

Finlandiyanın prezidenti Sauli Niiniste bu gün “Yorvi” xəstəxanasında əməliyyat olunub.

APA-nın xəbərinə görə, bu barədə dövlət başçısının dəftərxanası məlumat yayıb.

Məlumata əsasən, planlaşdırılmış cərrahiyyə əməliyyatı uğurla keçib və Sauli Niiniste artıq evə buraxılıb. Bərpa müddətinin bir həftə çəkəcəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR