AÇQ-nin ehtiyatları qiymətləndirilir

AÇQ-nin ehtiyatları qiymətləndirilir
# 28 oktyabr 2016 14:38 (UTC +04:00)

SOCAR Xəzər dənizin Azərbaycan sektorunda yerləşən və işlənilməsinə müstəqillik illərində başlamış, həmçinin bu illərdə kəşf olunmuş yataqların karbohidrogen ehtiyatlarını açıqlayıb. "APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə "Oil and Industry" jurnalına müsahibəsində bildirib.


Onun sözlərinə görə, son vaxtlarda aparılmış qiymətləndirilmələrə əsasən AÇG-də saziş çərçivəsinə daxil olmayan Məhsuldar Qatın ali şöbəsində də böyük həcmdə karbohidrogen ehtiyatları 28 mln. ton kondensat və 233 mlrd. kubmetr qaz mövcuddur.

O bildirib ki, "Şahdəniz" yatağının ehtiyatları bu günə 1,2 trln. kubmetr qazdan və 240 mln. ton kondensatdan ibarətdir.

"2010-cu ildə kəşf olunmuş "Ümid" yatağının karbohidrogen ehtiyatları ilkin hesablamalara görə 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmindədir", - deyə o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR