Makkeyn Mayk Pensin Gürcüstandakı bəyanatlarından məmnun qalıb

Makkeyn Mayk Pensin Gürcüstandakı bəyanatlarından məmnun qalıb
# 02 avqust 2017 10:07 (UTC +04:00)

ABŞ-ın nüfuzlu senatorlarından olan Con Makkeyn vitse-prezident Mayk Pensi Gürcüstanda verdiyi mesajlarla əlaqədar tərifləyib.

APA-nın xəbərinə görə, C. Makkeyn “Bloomberg”in M. Pensin Gürcüstana səfəri barədə məqaləsini paylaşıb. Məqalənin başlığı belədir: “Pens bildirir ki, ABŞ Rusiyanın etirazına baxmayaraq, Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyir”. C. Makkeyn materialı “Halal olsun, vitse-prezident!” yazaraq paylaşıb.

Qeyd edək ki, 80 yaşlı Makkeyn Rusiyanın siyasətinin ən sərt tənqidçisidir. O, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə dair qəbul olunan qanunun təşəbbüskarlarından biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR