"Xəzər Dəniz Gəmiçiliyi"nin daha iki gəmisi beynəlxalq sertifikata layiq görülüb

"Xəzər Dəniz Gəmiçiliyi"nin daha iki gəmisi beynəlxalq sertifikata layiq görülüb
# 30 dekabr 2016 11:54 (UTC +04:00)

"Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin daha iki növ gəmisi dünyada nüfuzlu təsnifat təşkilatlarından sayılan Amerika Gəmiçilik Bürosunun (ABS) keyfiyyət sertifikatına layiq görülüb. QSC-dən "APA-Economics"ə verilən məlumata görə, ABS-in “Xəzər Dəniz Gəmiçiliyi”də “Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi”nin (TKİS) tələblərinə uyğun növbəti xarici auditi keçirilib. QSC-nin donanmasına məxsus “Yarenqa” təchizat-yedək və “Şirvan” kran gəmiləri nümunə kimi beynəlxalq İSO sertifikatlaşması üçün auditə təqdim olunub.

Auditin proseduruna görə, aşkarlanan uyğunsuzluqlar barədə “Uyğunsuzluq plan”ları 30 gün ərzində ABS-in auditoruna təqdim olunub. Təqdim edilən materialları auditorlar yoxladıqdan sonra QSC-nin donanmasında olan bütün təchizat-yedək və kran tipli gəmilər 5 illik müddətinə uyğunluq sertifikatına layiq görülüblər.

Xatırladaq ki, “Xəzər Dəniz Gəmiçiliyi” QSC 2015-ci ildə ABS tərəfindən İSO-nun beynəlxalq idarəetmə standartlarının tətbiqinə görə uyğunluq sertifikatına layiq görülüb. QSC-yə məxsus daha iki tip gəmi də İSO-nun keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və enerji səmərəliliyi tələblərinə cavab verərək uyğunluq sertifikatı alıb. Daha əvvəl isə uyğunluq sertifikatına QSC-nin neft tankerləri, Ro-Ro sərnişin gəmiləri və quru yük daşıyan gəmiləri layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR