Gürcüstandan Azərbaycana mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb
# 06 iyun 2018 09:26 (UTC +04:00)

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21044" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı, avtomobilin gizli saxlanc yerində 5 ədəd "Samsung Galaxy Grand Prime pro 2018", 5 ədəd "Samsung Galaxy J3 2017" markalı mobil telefonlar, 60 ədəd "qulaqcıq", 50 ədəd qidalandırıcı və mobil telefon üçün 30 ədəd qutu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR