Rusiya MN: Terrorçular Suriyada müasir növ silahlar almağa davam edir

Rusiya MN: Terrorçular Suriyada müasir növ silahlar almağa davam edir
# 17 oktyabr 2016 18:05 (UTC +04:00)

Moskva.Fərid Əkbərov -APA. Suriyanın Hələb şəhərində vəziyyət gərgin olaraq qalır. “Cəbhət ən-Nüsra” terror təşkilatının Hələbin qərbində yerləşən yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-leytenant Sergey Rudskoy bu gün keçirdiyi brifinqdə bildirib.

"Oktyabrın 15-də terrorçuların nəzarətində olan Malandi və Bustan-al-Qəsr rayonlarında qaçıb canını qurtarmaq istəyən 30 dinc sakin terrorçular tərəfindən edam edilib", - deyə Rusiya Müdafiə Nazirliyi rəsmisi qeyd edib.

S. Rudskoy Suriyada terrorçuların müasir növ silahlar almağa davam etdiyi də söyləyib: "Terrorçular ABŞ istehsalı olan "Toy" tank əleyhinə raket kompleksi əldə ediblər".

Rusiyalı general bu ilin sentyabrdan Hələbdə terrorçuların açdığı atəş nəticəsində 130-dan çox uşağın öldüyünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR