DGK xətti ilə dövlət büdcəsinə daxilolmalar 37% artıb

DGK xətti ilə dövlət büdcəsinə daxilolmalar 37% artıb
# 13 aprel 2017 13:23 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 571 mln. 978,8 min manat daxil olub.

"APA-Economics" komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 154 mln. 162,84 min manat və ya 36,98% artıb.

Bu ilin üç ayı ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 153 mln. 577,2 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 393 mln. 838,5 min manat, aksizlər üzrə 16 mln. 58,4 min manat, yol vergisi üzrə isə 7 mln. 604,7 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR