Türkiyədəki Çanaqqala tədbirlərində Rusiyanı Sergey Narışkin təmsil edəcək

Türkiyədəki Çanaqqala tədbirlərində Rusiyanı Sergey Narışkin təmsil edəcək
# 14 aprel 2015 15:54 (UTC +04:00)

Bakı – APA. Aprelin 24-də Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə Türkiyədə keçiriləcək tədbirlərdə Rusiyanı kimin təmsil edəcəyi bəlli olub.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, Rusiyanı tədbirlərdə Dövlət Dumasının sədri Sergey Narışkin təmsil edəcək. Bunu S. Narışkinin özü bu gün Moskvada Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəklə görüşündə deyib: “Çanaqqala müharibəsinin 100-cü ildönümü ilə əlaqədar Türkiyəyə mən gələcəyəm. Bu səfərin Rusiya və Türkiyə arasındakı dostluğu möhkəmləndirəcəyini, bölgəmizdə sülh və sabitliyə töhfə verəcəyini düşünürəm”.

Qeyd edək ki, aprelin 24-də Ermənistanda uydurma “soyqırım”ın 100 illiyinə həsr olunan rəsmi tədbirlər keçiriləcək. Həmin tədbirlərdə Rusiyanın prezident Vladimir Putin səviyyəsində təmsil olunması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR