Xəriri: “Suriyanın birləşmiş müxalifəti birbaşa danışıqlara hazırdır”

Xəriri: “Suriyanın birləşmiş müxalifəti birbaşa danışıqlara hazırdır”
# 29 noyabr 2017 21:09 (UTC +04:00)

Suriyanın birləşmiş müxalifəti Cenevrədə birbaşa danışıqlar aparmağa hazırdır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Danışıqlar üzrə komissiyanın rəhbəri Nəsr Həriri bəyan edib.

Onun sözlərinə görə, bu gün müxalifət nümayəndələri BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura ilə görüşəcəklər. “Biz birbaşa danışıqlara hazırıq”, deyə N.Həriri vurğulayıb.

Rəsmi Dəməşqin nümayəndə heyəti noyabrın 29-da İsveçrəyə gəlib. Nümayəndə heyətinə Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri başçılıq edir.

Qeyd edək ki, Suriya üzrə danışıqların 8-ci raundu noyabrın 28-də Cenevrədə start götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR