Ötən il bələdiyyə aktlarından 1978-i qanunvericiliyin tələblərinə uyğun olmayıb

Ötən il bələdiyyə aktlarından 1978-i qanunvericiliyin tələblərinə uyğun olmayıb
# 07 fevral 2018 07:57 (UTC +04:00)

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş üzrə Mərkəzinə ötən il inzibati nəzarət qaydasında baxılması üçün 62618 bələdiyyə aktı daxil olub.

APA-nın məlumatına görə, bu, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2017-ci il üzrə illik məruzədə öz əksini tapıb. Bu aktlardan 1978-i qanunvericiliyin tələblərinə uyğun olmayıb, onların dəyişdirilməsi və ləğv edilməsi üçün bələdiyyələrə müraciət olunub.

Həmin bələdiyyə aktlarından 740-ı ləğv olunub, 714-ü dəyişdirilib, digərlərinə isə baxılmaqdadır.

Bələdiyyə aktlarının ləğvi və dəyişdirilməsi ilə bağlı 3 halda Ədliyyə Nazirliyi tərəfindən məhkəmələrə müraciət olunub.

2017-ci ildə 2016-cı illə müqayisədə torpaq qanunvericiliyinin pozulması halları 3 dəfə azalıb.

2017-ci ildə 2636 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb.

Ötən il bələdiyyə aktlarının vaxtında təqdim edilməməsinə görə 98 inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar əsasında 78 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb olunub, 20 işə isə hazırda baxılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR