ABŞ Pakistana qarşı yeni tədbirlər hazırlayır

ABŞ Pakistana qarşı yeni tədbirlər hazırlayır
# 02 yanvar 2018 23:47 (UTC +04:00)

ABŞ terrorçuluğa dəstək məsələsi ilə bağlı Pakistana qarşı yeni tədbirlər hazırlayır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin mətbuat katibi Sara Sanders bildirib.

Onun sözlərinə görə, yeni tədbirlər yaxın 24-28 saat ərzində açıqlanacaq.

Bundan əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli Pakistanı terrorçuluqla mübarizə sahəsində “ikili oyun” nümayiş etdirməkdə ittiham edərək ölkəsinin Pakistana 225 mln. dollar yardımın ayrılmasını dayandırdığını bildirib. N.Xeyli dəstəyin bundan sonra da azalacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR